Siyavuş Novruzovdan bəzi müxalifət rəhbərlərinə SƏRT İTTİHAM

25.06.2021 11:14     Siyasi reaksiya     500

“Sosial şəbəkələrdə insanların işğaldan azad olunmuş ərazilərə dərhal köçürülməsi məsələsini ortaya atırlar. Təkcə Ağdamda 97 min mina yerləşdirilibsə, görün digər azad edilən ərazilərdə nə qədər mina var”.

Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, insanları aldatmaq, mütləq azad olunmuş ərazilərə köçməli olduqlarını bildirmək yolverilməzdir: “Bəzi müxalifət partiyalarının rəhbərləri nə vaxt bir şəhidin qapısını döyüb, qazini ziyarət edib? Ancaq su bulandırmaqla, Ermənistan dəyirmanına su tökməklə məşğuldurlar. Ərazilər minalardan təmizlənənə, ağıllı kəndlər, şəhərlər salınana qədər insanları təhlükə altına göndərə bilmərik”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar