Rusiya Araiki dəyişir?

25.06.2021 12:09     Siyasi reaksiya     527

Ermənistanda seçkilərdə revanşist Qarabağ klanının məğlubiyyətə uğrmasından sonra Xankəndində baş verənlər Bakıda da diqqətli izlənir. Separatçıların başçısı Araik Arutyunyana qarşı başlanan etirazlarda Rusiyanın əlinin olduğu iddia edilir.

Məsələn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki,  Rusiya Ermənistanda itirilmiş mövqeyini Qarabağda möhkəmlətməklə “kompensasiya” etmək istəyir. 

S.Əkbərin fikrincə, Rusiya düşünür ki, Azərbaycan və Ermənistanın mərkəzi hökumətləri ilə münasibətləri gərginləşərsə, burada möhkəmlənməklə həm Ermənistana, həm də Azərbaycana təsir alətini saxlasın. Bu təsir aləti onsuz da onun əlində var idi. Yeni şəraitdə isə bu alətin təkmilləşdirilməsi prosesi gedir: “Rusiya Ermənistanda rejimi dəyişə bilmədi, indi çalışacaq ki, heç olmasa Xankəndində Moskvadan idarə olunan rejim qursun. Bu seçkilərdə Araik Arutyunyan Nikol Paşinyanı dəstəklədi. İndi ruslar istəmir ki, İrəvanın uzantısı Rusiyanın nəzarəti altında olan bölgədə hakimiyyətdə olsun”. Digər siyasi analitiklər də hesab edir ki, Araikin getməsi və ya həbs edilməsi bizim maraqlarımıza cavab verir, amma oranı Moskvanın bir rayonu kimi nəzarətdə saxlamaq, hətta özünə sərf edən bir adamı gətirib separatçıların yeni lideri etmək Bakının maraqlarına tam ziddir.

Sülhəddin Əkbər: “Bizi müharibə potensialı olan üç böyük problemli məsələ  gözləyir” » Reyting.az

Sülhəddin Əkbər: “Rusiya indi çalışacaq ki,  Xankəndində idarə olunan rejim qursun”

Rusiyanın bu planı baş tutarsa proseslər necə cərəyan edər? Bunun qarşısını almaq üçün nələr edilməli?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ermənistandakı “seçki zəlzələsi”ndən sonra bu xırda hadisələr baş verir. Lakin bu hadisələrin ciddi bir nəticəyə gətirəcəyi inandırıcı deyil: “Seysmologiya elmində ”aftoşok" deyilən termin var. Zəlzələdən sonra nisbətən zəif təkanlara deyirlər, elə bir ciddi təsiri olmur. Ermənistandakı “seçki zəlzələsi”ndən sonra bu xırda hadisələr baş verir. Ciddi bir nəticəyə gətirəcəkləri inandırıcı deyil. Quldurbaşı Araik də daxil Dağlıq Qarabağdakı ermənilər əslində Robert Köçəryanı müdafiə edirdi. Burada həm Qarabağ klanı amili, həm də Rusiyanın istəyi rol oynayırdı. Araik yalnız seçki günü Paşinyanın dəstəsinə qatıldı, sonra da təbrik etdi. Görünür, ona bu tapşırıq verildi, o da yerinə yetirdi. Araik Rusiyanın adamcığıdı, Moskvanın razılığı olmadan özbaşına qərar verə bilməz. Seçkiöncəsi də onun və əlaltısı David Babayanın Moskvaya səfərləri, orada günlərlə qalıb görüşlər keçirmələri təsadüfi deyildi. Ermənistanda və Dağlıq Qarabağda proses Rusiyadan idarə olunur. Seçkiləri də Kreml idarə etdi və mümkün nəticəni əldə etdi. Ona görə mümkün deyirəm ki, Putin Köçəryanın seçilməsini istəyərdi, amma mümkün olmadığını görürdü. Ona görə Paşinyana üstünlük verməli oldu. Dağlıq Qarabağa gəldikdə isə heç kəs üçün sirr deyil ki, Rusiya və onun əlaltıları, o cümlədən Köçəryan bu regionu özlərinin son sığınacaq yeri kimi nəzərdə saxlayırlar. Amma hələlik son sığınacaq yerinə ehtiyac yoxdur. Çünki Paşinyan Rusiyadan asılılığı tam qəbul edir".

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı: “Bir müddət sonra Xankəndində erməni qalmayacaq”

A.Nağı qeyd etdi ki, son günlərdə Ermənistan rəhbərliyi Zəngəzura, konkret olaraq Qaqarkunik  bölgəsinə rus sərhədçilərinin yerləşdirilməsi ilə bağlı danışıqlar aparır. Bütün bu proseslərdə Rusiya Azərbaycan və Türkiyə amili ilə hesablaşmaq zorundadır: “Son günlərdə Azərbaycan və Rusiya arasında prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar ciddi proseslərin getdiyindən xəbər verir. Belə güman etmək olar ki, Kreml mövqelərini Azərbaycanla uzlaşdırmağa çalışır. Sonda bir şeyi də qeyd edim ki, Xankəndində demək olar adam qalmayıb, Azərbaycan Prezidentinin dediyi 30 min rəqəmini, Araik ”35 min" deməklə təsdiq etdi. Bir azdan orada, ümumiyyətlə, erməni qalmayacaq. Bunun üçün qətiyyən yumşalmamalı, təzyiqi bir qədər də artırmalıyıq".(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar