Dağlıq Qarabağ münaqişəsi həll olunub - Prezident
25.06.2021 16:16 Siyasi reaksiya 641
Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur.
Reaksiya.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.
"Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq", - dövlət başçısı bildirib.
Şərhlər