Slavyan qardaşlığı - Rusiya, Belarus və Serbiyadan ortaq "müharibə oyunları”
17.08.2015 17:19 Siyasi reaksiya 2968

Rusiya və Belarusun yaratdığı “Slavyan qardaşlığı-2015” təlimində bu il Serbiya da iştirak edəcək.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Moskvada Serbiyanın müdafiə naziri Bratislav Gasic ilə bir araya gəlib.
Görüşdən sonra Şoyqu "Slavyan qardaşlığı-2015” təliminə böyük əhəmiyyət verdiklərini söyləyib:
“Belarusla keçirəcəyimiz təlimdə hərbi desant peşəkarlığını, müharibəyə hazırlıq vəziyyətini və qabiliyyətlərimizi nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik".
Serbiyalı nazir Gasic isə “Slavyan qardaşlığı-2015” təliminə başlamaqdan böyük məmnunluq duyacaqlarını ifadə edib. Gasic bunun sayəsində Serbiya ordusunun taktika tutumunun artacağını vurğulayıb. Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Şoygu-Gasiclə görüşündən sonra verdiyi açıqlamada Gasicin “Slavyan qardaşlığı-2015” təlimində iştirak etmək təklifinin qəbul edildiyini söyləyib.
Antonov quru, havadan zərbə və hava-kosmik qüvvələrinin iştirakı ilə keçiriləcək təlimin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Şərhlər