Davudoğlu-Baxçalı görüşü başladı - VİDEO - FOTOLAR

17.08.2015 17:43     Siyasi reaksiya     2195

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə MHP-nin sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində yerli vaxtla saat 14.20-də bir araya gəlib.
 
Reaksiya.az xəbər verir ki, görüşdə rəsmilərin yanındakı çantalara diqqət çəkilib.
 
Tərəflər “koalisiyamı?”, “erkən seçkimi?” suallarına cavab tapacaq. Davudoğlunu Məclisdə baş nazirin müavini Yalçın Akdoğan, keçmiş daxili işlər naziri Efkan Ala, Qrup sədr müavini Ahmet Aydın və Mustafa Elitaş qarşılayıb.
 
Baxçalı açıqlamasında "Prinsip və şərtlərimiz qəbul edilsə, Milliyyətçi Hərəkat Partiyası əlini, gövdəsini daşın altına qoymağa qərarlıdır" ifadələrini işlədib.

Şərhlər

Çox oxunanlar