Türkiyə səfiri Gəncəyə getdi
12.07.2021 11:23 Siyasi reaksiya 588

Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Cahid Bağçı Gəncə şəhərində səfərdədir.
Reaksiya.az xəbər verir ki, səfər çərçivəsində diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Daha sonra səfir Şəhidlər Xiyabanı və Vətən müharinəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən balistik raketlərlə hədəf alınan əraziləri ziyarət edib.
Qeyd edək ki, bu səfər Cahid Bağçının Gəncə şəhərinə ilk gəlişidir.
Şərhlər