Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı Türkiyə və Azərbaycan sülhməramlılarının hazırkı durumunu müzakirə edib
16.08.2021 14:03 Siyasi reaksiya 897
Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reaksiya.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Şərhlər