CHP Ərdoğandan yeni baş nazir təyinatı gözləyir - SƏRT BƏYANAT

18.08.2015 12:09     Siyasi reaksiya     1879

CHP sədri Kemal Kılıçdaroğlu AKP sədri və baş nazir Əhməd Davudoğlu ilə MHP sədri Dövlət Bağçalının koalisiyon hökumət üzrə son görüşməsindən sonra sərt bəyanat verib.

Reaksiya.Az-ın məlumatına görə, Kılıçdaroğlu bildirib: "Artıq ortaya çıxdı ki, koalisiyon hökumət qurmaq vəzifəsini üzərinə götürən cənab Davudoğlu bunu bacarmadı. Gedib vəzifəni dərhal prezidentə geri verməlidir. Demokratik ənənə bunu tələb edir. Lazım olan nədirsə, ediləcəyinə da inanıram”.

Kılıçdaroğlu vurğulayıb ki, bundan sonra prezident dərhal yeni bir təyinat etməsi lazımdır: “Biz konstitusiyadakı 45 günlük müddətin çox məhdud olmadığını düşünürük. Ondan başqa, siyasətdə 24 saat çox uzun bir müddətdir. Çox şey edilə bilər, çox şey dəyişə bilər. Türkiyə hükümetsiz qalmasın deyə hamımız üzərimizə düşəni etmək məcburiyyətindəyik.Mən bütün ümumi başçıların da bütün siyasi partiyaların də bu şüurla hərəkət edəcəyinə inanıram. Biz əlimizdən gələni etməyə hazırıq. Bizim kimi digər sədrlərin də eyni şeyi edəcəyinə inancım tamdır. Hələlik bu qədər qiymətləndirmə etmək istəyirəm. Prosesləri izləyək”.

Şərhlər

Çox oxunanlar