Bayram Səfərov: “Qətnamələr işğalçını cəzalandırmır” - EKSKLÜZİV

18.08.2015 13:02     Siyasi reaksiya     2296

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 22 il öncə 18 avqust 1993-cü il tarixində Ağam və işğal edilmiş ərazilərdən Ermənistan Silahlı Birləşmələrinin qeyri-şərtsiz çıxarılması haqqında Qətnaməsi qəbul edilib. Ançaq təəssüflər olsun ki,bu qətnamənin tələbləri işğalçı Ermənistan tərəfindən yerinə yetirilmir.

Reaksiya.az xəbər verir ki, məsələyə  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov münasibət bildirib. Onun sözlərinə görə, qətnamənin icra edilməməsi böyük təəssüf hissi doğurur: “Azərbaycan ictimaiyyətində, mətbuatında, rəsmi şəxslərin dilində indi də belə suallar səslənir ki, beynəlxalq birlik Liviyaya dair Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış onun həyata keçirilməsinə başladığı halda Qarabağa dair qətnamələr niyə 22 ildir əhəmiyyətsiz kağız parçası kimi qalır? Burada hər zaman olduğu kimi ikili standart əsas meyardır. Möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı dəfələrlə ən yüksək, mötəbər tribunalardan bu haqda geniş danışıb. Bu sənədin ən zəif tərəfi işğalçını cəzalandırmaq üçün heç bir mandatın verilməməsindədir”.

 

 

 

 

 

Şərhlər

Çox oxunanlar