İlham Əliyev baş konsulu geri çağırdı

29.11.2021 14:46     Siyasi reaksiya     314

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulunu geri çağırıb. 

Reaksiya.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. 

Qeyd edək ki, İlqar İskəndərov sözügedən vəzifəyə 2018-ci ildə təyin edilmişdi. 

Reaksiya.az

Şərhlər