Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

30.11.2021 16:51     Siyasi reaksiya     380

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Reaksiya.az bildirir ki, bununla bağlı Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, 
M.Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb.

Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

C.Bayramov M.Çavuşoğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Azərbaycanın XİN başçısı öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar