Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir
30.11.2021 17:31 Siyasi reaksiya 392
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.
APA-nın xəbərinə görə, bu barədə T.Klaar "Twitter"də bildirib.
İrəvana səfəri çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti kontekstində qarşıdan gələn görüşlərə hazırlıq məsələləri müzakirə olunub.
Şərhlər