Ceyhun Bayramov ATƏT-in xarici işlər nazirlərinin iclasında iştirak edəcək

01.12.2021 11:15     Siyasi reaksiya     407

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar