Qarabağa səfər edəndə gözlərimizə inanmadıq - Hacıyev
02.12.2021 11:51 Siyasi reaksiya 363
Konsepsiyalar və mədəniyyətlər arasında əməkdaşlıq olmalıdır. 44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi. Azərbaycan prezidenti sülh yolu ilə münaqişəni həll etmək istəyirdi.
Bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 2-də ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda (“Peace4Culture” Partners Forum) çıxış edərkən deyib.
O, qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi: "İşğaldan azad olunmuş torpaqlarımıza səfər edəndə biz gözlərimizə inanmadıq. Mədəni irs tamamilə dağıdılmışdı. Biz buna beynəlxalq təşkilatları cəlb etmişdik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün UNESCO-ya müraciət etmişik. UNESCO-nun Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. UNESCO-nun Azərbaycanı seçməsi digər üzvlərinin ona etibarını göstərdi. İstəyirik ki, sülh konsepsiyası Cənubi Qafqazdan kənara çıxsın. Əsrlərlə yaratdığımız mədəni mühiti dünyaya yaymaq istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".
Şərhlər