Almaniyada Merkeli belə yola saldılar

03.12.2021 11:26     Siyasi reaksiya     372

Dekabrın 2-də Berlində Angela Merkelin Almaniya Federativ Respublikasının kansleri vəzifəsindən istefa verməsi ilə əlaqədar onun şərəfinə təntənəli mərasim keçirilib.

Publika.az xəbər verir ki,“Axşam şəfəqi” (Großer Zapfenstreich) adlanan mərasim Almaniya silahlı qüvvələri (Bundesver) tərəfindən təşkil edilib.

Mərasimdə 200-ə yaxın şəxs, o cümlədən kanslerin dövründə federal nazir vəzifəsində çalışmış 52 nəfər iştirak edib.

Qeyd edək ki, Merkel 16 illik hakimiyyətdən sonra dekabrın 8-dək kansler postunu rəsmən tərk edəcək.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar