Baş nazir: "Subsidiyalara nəzarət ciddi şəkildə gücləndiriləcək”
03.12.2021 12:24 Siyasi reaksiya 389
Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirələrinin yekununda Baş nazir Əli Əsədov çıxış edib.
Reaksiya.az Musavat.com-a istinadən bildirir ki, hökumət başçısı bu günlərdə Qoşulmama Hərəkatının parlament şəbəkəsinin yaradılmasını Azərbaycan parlament tarixində böyük hadisə adlandırıb və bu qələbə ilə əlaqədar Milli Məclisi təbrik edib. Baş nazir dövlət büdcəsi ilə əlaqədar geniş müzakirələrə görə məmnunluğunu bildirib, səmərəli təkliflərə görə təşəkkür edib. Eyni zamanda hökumət başçısı 2022-ci ilin dövlət büdcəsinin komitə və plenar iclaslarında aparılan geniş müzakirələrə görə parlament rəhbərliyinə, Hesablama Palatasına minnətdarlıq edib.
Ə.Əsədov bildirib ki, gələn ilin dövlət büdcəsi tutumuna görə ən böyük dövlət büdcəsidir. Bir il öncəki böyük zəfərimizlə bağlı danışan Baş nazir qarşıdakı dönəmdə görüləcək işlərdən bəhs edbi. Baş nazir deyib ki, hökumət milli valyutanın məzənnəsinin dayanıqlığının artırılması, pandemiya ilə mübarizə tədbirlərinin davam etdirilməsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması, ordu quruculuğunun, ölkənin müdafiə tədbirlərinin daha da gücləndirilməsini prioritet sahələr olaraq qəbul edir.
Hökumət başçısı deyib ki, indiyədək təkcə COVİD 19-la mübarizə ilə əlaqədar səhiyyə sisteminə 1,6 milyard manatdan çox vəsait ayrılıb: "2022-ci ilin 46 faizi sosialyönümlüdür.“Növbəti ildə də əhalinin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəzərdə tutulub. Gələn il aztəminatlı ailələrin, sosial cəhətdən həssas qruplara dəstək məqsədilə əhəmiyyətli xərclər ayrılacaq”, cənab Əsədov bildirib.
Baş nazir deyib ki, büdcə vəsaitlərinin səmərəli şəkildə istifadə olunması üçün maliyyə intizami daha da gücləndirilib. “Millət vəkilləri haqlı olaraq qeyd edirlər ki, bəzi sahələ ayrılan əhəmiyyətli miqdarda subsidiyalar nəticə vermir. Subsidiyalara nəzarət ciddi şəkildə gücləndiriləcək”, - Baş nazir bildirib.
Şərhlər