İlham Əliyev başsağlığı verdi - “İnsan tələfatı xəbəri məni kədərləndirdi”

18.08.2015 16:17     Siyasi reaksiya     2730

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

Şərhlər

Çox oxunanlar