Almaniyada “Şimal axını-2" layihəsini ölkənin ən böyük strateji xətası adlandırdılar
03.12.2021 16:19 Siyasi reaksiya 414
Almaniyanın tanınmış siyasi icmalçılarından Nikolas Busse “Şimal axını-2” layihəsini ölkəsi üçün strateji səhv adlandırıb.
Musavat.com xəbər verir ki, o, bu mövzuya dair “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetində xüsusi analitik yazı həsr edib.
Onun fikrincə, bu layihə əslində Rusiyanın Avropanın altına qoyduğu minadan başqa bir şey deyil.
Nikolas Busse sözügedən qaz kəmərinin hər zaman “siyasi layihə” olduğunu vurğulayıb.
“Almaniya Avropanın sabitliyinə və təhlükəsizliyinə təhdid törədən bir ölkə ilə əməkdaşlıq etməklə ölkənin dostları, o cümlədən ABŞ senatorları iləmünasibətləri münasibətləri korlayıb”,-deyə Busse yazıb.
Xatırladaq ki, bu ilin noyabr ayının 16-da Almaniya “Şimal axını-2” layihəsinin sertifikasiyasını dayandırıb. Almaniya hökumətindəki qaynaqlar qaz kəmərinin 2022-ci ilin marıtndan tez istifadəyə verilməyəcəyini bilidiriblər.
Şərhlər