Xarici ölkələrdə təhsil alan daha 67 nəfərin diplomu tanınmayıb
03.12.2021 17:29 Siyasi reaksiya 418
Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən APA-ya bildirilib ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Şərhlər