Bir çox NATO və AB üzvü türk PUA-ları ilə maraqlanır - Çavuşoğlu

04.12.2021 14:34     Siyasi reaksiya     296

Polşa Türkiyədən PUA aldı. İlk dəfə bir NATO və Avropa Birliyi (AB) üzvünün arsenalına türk PUA-larını əlavə etməsi vacib hadisədir.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Beynəlxalq iclaslarda bir çox ölkənin naziri məndən müdafiə sənayesi sahəsində Türkiyənin niyə bu qədər uğur qazandığını soruşurlar. Çünki Türkiyənin mühəndisləri, alimləri çox savadlıdır. Hazırda bir çox NATO və AB üzvü Türkiyə PUA-ları ilə maraqlanır. Çox ölkə ilə bu məsələlər barədə danışıqlarımız davam edir. Bu gün bölgəmizdə daimi sülh üçün pəncərə açılırsa, Türkiyə müdafiə sənayesi məhsullarının oynadığı rol göz qabağındadır”, - XİN başçısı bildirib.

Reaksiya.az

Şərhlər