Türkiyədə illərdir axtarılan təhlükəli terrorçular zərərsizləşdirilib
06.12.2021 09:45 Siyasi reaksiya 379
Türkiyədə 9 terrorçu zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik “Eren Kış-6” əməliyyatı çərçivəsində silahlıların gizləndiyi mağarada keçirilən əməliyyat zamanı zərərsizləşdirilən 3-ü narıncı, 2-si boz kateqoriyalı terrorçuların kimliklərini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada terrorçulardan 3-ü jandarm qüvvələri tərəfindən Tuncelinin Ovacık mahalının çöllük sahəsində keçirilən əməliyyat çərçivəsində zərərsizləşdirildiyi qeyd edilir. Məlumata görə, terrorçulardan üçü narıncı, ikisi isə boz kateqoriyada axtarışda olub.
Onlardan birinin Ovacıkda “məsul” səviyyədə fəaliyyət göstərən və 1 milyon lirə mükafatla “narıncı” kateqoriyada axtarış siyahısına daxil edilən “Munzur” ləqəbli Cihan Söylemez olduğu açıqlanıb.
Uzun müddətdir Ovacık çölündə fəaliyyət göstərən terrorçunun bölgədə baş verən bir çox terror aktlarının, xüsusən yolların bağlanmasının və avtomobillərin yandırılmasının təşkilatçısı olduğu müəyyən edilib. Cihan Söylemezin 2015-ci il sentyabrın 26-da Tuncelidə jandarm mayoru Yavuz Sonat Güzelin qətlini törədən terrorçu qrupun üzvləri arasında olduğu da müəyyənləşdirilib.
Bildirilib ki, eyni kateqoriyadan olan digər iki terrorçu isə təşkilatın Tuncelinin kəndlərində qadın zabiti adlandırılan “Veroz” kod adlı Çağla Yeleser və “Cinda Jin” kod adlı Mihriban Atadır.
Zərərsizləşdirilən terrorçulardan biri də 500 min lirə mükafatla axtarılan “boz” kateqoriyalı “Nuda Karker” ləqəbli Güldane Karaer və "Rojin Adıyaman" ləqəbli Hasret Ülger olduğu bildirilir.
Əməliyyat zamanı zərərsizləşdirilən 9 terrorçunun 2015-2016-cı illər arasında Ovacık və Hozatda bir çox terror aktı həyata keçirərək yolları bağladığı, nəqliyyat vasitələrini, dövlət qurumlarına məxsus binaları, habelə təhlükəsizlik qüvvələrinə məxsus bina, obyekt və nəqliyyat vasitələrini yandırdıqları müəyyən edilib.
Şərhlər