Neft Fondunun aktivləri gələn il 1%-dək azalacaq - Proqnoz
06.12.2021 11:47 Siyasi reaksiya 398
Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 0,77% azalaraq 43 227,4 mln. ABŞ dolları təşkil edəcək.
APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-nin 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.
Sənədə əsasən, gələn il ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 216,8 min manat olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 761,8 mln. manat və ya 38,5% az, 2021-ci ilin proqnoz göstəricisindən 457,1 mln. manat və ya 60,2% çox, 2021-ci ilin gözlənilən icra göstəricisindən 265,6 mln. manat və ya 17,9% azdır.
Qeyd olunur ki, 2022-ci il üçün Fond üzrə orta illik gəlirlilik göstəricisinin 1,7% (borc öhdəlikləri və pul bazarları alətləri üzrə gəlirlilik 0,74%, səhm portfeli üzrə gəlirlilik 4,71%, daşınmaz əmlak portfeli üzrə gəlirlilik 5,2%) səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz göstəricisindən (1,09%) 0,61% çox, cari ilin 9 aylıq icra göstəricisindən (3,1%) isə 1,4% azdır.
Rəyə əsasən, cari ildə qlobal makroiqtisadi mühitə ölkələrin həyata keçirdiyi fiskal tədbirlər, inflyasiya təzyiqinin artması ilə bağlı narahatlıqlar yaratması fonunda istiqraz bazarlarında gəlirlilik əyrisində əsasən uzun müddətli gəlirlilik dərəcəsinin artmasına, səhm bazarının əsas göstəricisi olan müvafiq indekslərin yüksək gəlirlilik sərgiləməsinə, daşınmaz əmlak bazarının sektorlarında tələb və gəlirliliyin artımının müşahidə olunmasına baxmayaraq Fond tərəfindən vəsaitlərin idarə olunmasından əldə olunan orta illik gəlirlilik göstəricisinin ehtiyatlı yanaşma əsasında müəyyən edilməsi qənaətinə gəlməyə əsas verib.
Şərhlər