Aziz Sancar Bakıda mətbuat önündə - HADİSƏ KİMİ AÇIQLAMALAR

06.12.2021 13:58     Siyasi reaksiya     386

"Qarabağ Zəfəri Türkiyənin qurtuluş savaşından sonra türk dünyasında ən böyük zəfərdir"

"Mənim üçün Qarabağ münaqişəsi, Qarabağ zəfəri Türkiyənin qurutuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir. Bu təkcə Azərbaycanın deyil,  türk dünyasının qələbəsidir".

Musavat.com bildirir ki, bu sözləri dünyaca məşhur türk əsilli alim, kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar jurnalistlərə açıqlamasında bildirib. Aziz Sancar bu günlərdə ziyarət etdiyi  Şuşa ilə bağlı təəssüratlarını bu cür bölüşüb: "Qarabağ müharibəsini 44 gün ərzində gecə-gündüz yaxından izlədim. Özümə söz vermişdim ki, Şuşa işğaldan azad olunarsa, ora gedib məsciddə iki rükət namaz qılacam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim. Artıq ölərsəm, gözüm arxada qalmayacaq.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Lakin hesab edirəm ki, tarixi baxımındam Şuşa bütün Türk dünyasının mədəniyyət paytaxtı olacaq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar