Ordumuzun Naxçıvandakı ən yaxşı tank əleyhinə batareyası müəyyənləşib

07.12.2021 08:29     Siyasi reaksiya     326

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Musavat.com Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.

Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

Reaksiya.az

Şərhlər