Sülhməramlılar Qarabağda 1900-dən çox hərbçinin cəsədini təhvil verib
09.12.2021 12:09 Siyasi reaksiya 455
Müharibədə həlak olmuş 1900-dən çox hərbçinin cəsədi Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib.
APA-nın məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin cənub hərbi dairəsinin komandan müavini Rüstəm Muradov məlumat verib.
R. Muradov əlavə edib ki, Rusiya sülhməramlıları tərəfindən hər iki tərəfdən ölən hərbçilərin cəsədlərinin axtarış tədbirləri davam etdirilir: “Həmçinin, hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad edilərək vətənlərinə qaytarılıb".
Şərhlər