XƏBƏRDARLIQ! "Çox sayda rus əsgəri öləcək"
09.12.2021 12:44 Siyasi reaksiya 426
"Rusiyanın qarşısını almaq üçün ABŞ və İngiltərə kimi müttəfiqlərlə çalışırıq".
Publika.az-ın xəbərinə görə, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba İngiltərəyə səfəri zamanı "Sky News"a müsahibəsində deyib.
Ukrayna ordusunun ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayan Kuleba deyib:
"Rusiyanı çəkindirmək üçün siyasi mesajlar, sanksiyalar və tərəfdaşlarla daha sıx hərbi əməkdaşlıq daxil olmaqla üç istiqamətli bir yanaşma var", -XİN rəhbəri bildirib.
Reaksiya.az
Şərhlər