Gözlər Moskvada! Bu gün “3+2” formatında İLK GÖRÜŞ keçiriləcək

10.12.2021 11:41     Siyasi reaksiya     325

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk görüşü baş tutacaq.

Musavat.com xəbər verir ki, toplantıya bu ölkələrin xarici işlər nazirlərinin müavinləri qatılacaq.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.

Qeyd edək ki, danışıqların "3+3” formatında keçirilməsi təklif olunurdu. Lakin Gürcüstan bu toplantıya qatılmaqdan imtina edib.

Reaksiya.az

Şərhlər