Nazir müavini Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa çağırıb

11.12.2021 11:15     Siyasi reaksiya     376

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi daim gündəlikdədir.

Bunu APA-nın Moskva müxbirinin sualına cavabında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr bəyanatında da öz əksini tapıb.

"Burada göstərilib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası üçün milli komissiyalar yaradılsın. Rusiya tərəfi bu komissiyaların yaradılmasında məsləhətçi kimi tərəflərin sorğusu əsasında töhfə verə bilər. Təbii ki, bu istiqamətdə müəyyən işlər görülməlidir. Milli komissiyaların yaradılması məsələsi gündəlikdədir və bunun üçün gərək Ermənistan tərəfi iradə göstərsin. Biz delimitasiya və demarkasiya prosesinin başlanmasına hazırıq. Düşünürəm ki, siyasi iradə mövcud olduğu təqdirdə bu komissiyalar yaradıla bilər və sərhədlərin delimitasiya prosesinə başlanıla bilər. Bir daha qeyd edirəm ki, Azərbaycan tərəfi delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirib" - nazir müavini vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar