Media Reyestrindəki jurnalistlərə vəsiqə verilməsinə görə ödəniş müəyyənləşəcək
11.12.2021 14:29 Siyasi reaksiya 429
Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir.
APA-nın məlumatına görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsində bildirilib ki, jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Şərhlər