FHN azad olunan ərazilərdə mina axtaran alay yaradıb
13.12.2021 09:38 Siyasi reaksiya 420
Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yenu Minaaxtaran Alayı yaradılıb.
Reaksiya.az Trend-ə istinadən bildirir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, həmçinin həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşları cəlb edilib.
"74 nəfər yeni mina axtaran yetişdirmişik. 120 ədəd mina axtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və ANAMA əməkdaşları ilə birlikdə ərazilərdə təmizlənmə işlərini davam etdirir" - deyə nazir bildirib.
Şərhlər