İlham Əliyev Brüsseldə NATO-nun baş katibilə görüşəcək

14.12.2021 09:50     Siyasi reaksiya     356

Dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşü olacaq.

Reaksiya.az Turan İnformasiya Agentliyinə istinadən bildirir ki, görüş başa çatdıqdan sonra brifinq keçiriləcək.

Həmçinin Əliyev Şimali Atlantika Alyansının iclasında iştirak edəcək.

Xatırladaq ki, dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Şurasının iclası keçiriləcək.

İclas başa çatdıqdan sonra Avropa Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olacaq.

Reaksiya.az

Şərhlər