DİN Fəvvarələr Meydanında aksiya keçirmək barədə çağırışlara münasibət bildirib

14.12.2021 10:03     Siyasi reaksiya     408

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edilir.

Musavat.com-un məlumatına görə, məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar.

"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək", deyə E.Zahidov bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar