Prokuror Fərhad Mollazadə və Səlim Əlizadənin həbsini tələb etdi

15.12.2021 11:28     Siyasi reaksiya     445

XİN-in sabiq şöbə müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçı hər iki şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkanının dəyişdirilməsini və məhkəmə zalında həbs edilməsini istəyib. Prokuror onların hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə istintaqı mqddətində F.Mollazadə və S.Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar