İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hərbi məhsullarına maraq artıb
16.12.2021 09:22 Siyasi reaksiya 406
"Təcrübəmizi öyrənmək istəyən bir neçə ölkə artıq bizə müraciət edərək bunu necə etdiyimizlə maraqlanıb".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibəsində "Müharibənin nəticəsi Sizin hərbi məhsullara marağınızı artırıbmı" sualına cavab verərkən deyib.
"Lakin müharibəyə ilk gündən son günədək rəhbərlik edən Ali Baş Komandan olaraq sizə bir daha deyə bilərəm ki, bunu necə etdiyimizi izah etmək çətin olar. Çünki siz bunu hiss etməlisiniz. Çünki biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar. Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi. Baxmayaraq, bir çoxları bizə bunu necə etdiyimizlə bağlı müraciət etsə də, düşünürəm ki, bunu izah etmək üçün uzun illər lazımdır" - İlham Əliyev əlavə edib.
Şərhlər