Rusiya XİN: Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmaslarını alqışlayırıq

16.12.2021 11:26     Siyasi reaksiya     323

Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmaslarının davam etməsini alqışlayırıq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Liderlərin görüşü dünən axşam baş tutub. Müzakirələrin məzmunu ilə bağlı məlumatlar gəlməyə davam edir. Biz əlbəttə ki, bu məlumatları analiz edirik. Ümid edirik ki, baş tutan müzakirələrin yekunu Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının reallaşmasına kömək edəcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Reaksiya.az

Şərhlər