Azərbaycan və Türkiyə birgə təlimlər keçirəcək

19.08.2015 06:14     Siyasi reaksiya     1734

Azərbaycan və Türkiyə “ TurAz qartalı- 2015” təlimi üçün bir araya gəlir. Azərbaycanda keçiriləcək təlim təxminən bir ay davam edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə iki ölkənin hərbi hava qüvvələri illik plan çərçivəsində təlimlər keçəcək. Təlimdə Miq-29, F-16, Su-25 döyüş, C-130 Herkules daşıma təyyarələri, F-4E bombardman təyyarələri, Mi-35, Mi-17 və Skorski UH-60 döyüş vertolyotlarından ibarət 30-dan çox vasitə olacaq. Qarşılıqlı hərəkətin icra edilməsi ilə bərabər təyyarə və vertolyotlardan hədəfin nişan alınmasının da sınaqdan keçiriləcəyi təlim 22 avqust- 18 sentyabr arasında baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl iki ölkənin birlikdə təlimi bu ilin mart ayında Türkiyənin Konya şəhərində olmuşdu.

Şərhlər

Çox oxunanlar