Qazağın 7 kəndinin qaytarılması illərlə uzana bilər - səbəblər
18.12.2021 07:59 Siyasi reaksiya 406
Politoloq: “Ermənistan belə görünür ki, 7 kəndin azad edilməsindən ya imtina edir, ya da hansısa şərtlər irəli sürür”
Ermənistanla Azərbaycan arasında gözlənilən demarkasiya və delimitasiya işləri nəticəsində Tavuşda yeni yolları tikiləcək. Bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.
Musavat.com bilddirir ki, məlumatda deyilir ki, İrəvan hakimiyyəti Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Tavuş vilayətinin sərhədyanı Voskepar şəhərinə gedən, eləcə də Qazağın Yuxarı Əskipara kəndinin yaxınlığından keçən bir neçə hissəsində alternativ yollar çəkməyə hazırlaşır. Yeni yol bir neçə kəndi Bağanis Ayrımla birləşdirəcək: “Google xəritəsinə əsasən M-16 şosesi Azərbaycanla sərhədi bir neçə hissədə kəsir. Ermənistan hakimiyyəti Google xəritəsi ilə sərhədi çəkdiyindən 12 kilometrlik yeni yolun tikintisi ilə bağlı ilkin qərar verib. Xəritəyə əsasən, magistral Azərbaycanla yeni güman edilən sərhədi təxminən üç hissədə kəsəcək. Onlardan biri də Tsaghkavan-Kirants yoludur ki, meşələrin arasından keçən yeni yoldan yan keçmək üçün 5-6 km uzunluğunda yol çəkilməlidir”.
Qəzet yazır ki, Kirants kəndindən Voskepara gedən yolun bir hissəsi sərhədə düşür. Ona görə də həmin hissəyə alternativ olacaq yeni yol çəkiləcək: “Məlum olub ki, yolun ikinci hissəsi Kirants-Voskepardır və onun uzunluğu ilkin məlumata görə, 3 km olacaq. Üçüncü yol isə Voskepar-Bağanis Ayrım yoludur. Yeni yol Voskepardan yan keçməyəcək. Əvəzində təhlükəli zonalardan yan keçmək üçün vaxtilə kəndin ərazisindən keçən yol təmir olunacaq. Təmir olunan bu yol Əslən Qazağından olan politoloq Arzuman Abdulkərimov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan mətbuatında ən müxtəlif istiqamətlər üzrə əsaslı və əsassız fikirlər, ehtimalla yer alır. Qazağın işğal altında olan 7 kəndi istiqamətində yeni yolların çəkiləcəyi barədə yazılanlara da bu qəbildən baxmaq lazımdır: “Danışıqlar gedirsə, ehtimal etmək olar ki, deməli, Qazağın işğal altında olan həmin 7 kəndinin də məsələsi gündəmə gətirilib. Təsadüfi deyil ki, artıq hər iki ölkənin mediasında bu problemlə bağlı yazılar dərc olunmağa başlayıb. Qazax rayonunun 7 kəndi Qarabağ münaqişəsi fonunda Ermənistan tərəfindən işğal olunub. Ötən il Qarabağda zəfər qazanılandan sonra 10 noyabr bəyanatında da həmin 7 kəndin qısa zamanda Azərbaycana qaytarılacağı ilə bağlı bir bənd var idi. Onda hamımız ümidləndik ki, tez bir zamanda kəndlərimiz azad ediləcək. Amma sonradan Qazağın 7 kəndinin Azərbaycana geri qaytarılacağını nəzərdə tutan bənd bəyanatdan müəmmalı şəkildə çıxarıldı. Hətta türkiyə Prezidenti Ərdoğan da çıxışlarının birində Qazağın 7 kəndinin yaxın vaxtlarda azad ediləcəyini bəyan etmişdi. Amma məsələ bu günə qədər həllini tapmayıb. Ermənistan belə görünür ki, 7 kəndin azad edilməsindən ya imtina edir, ya da hansısa şərtlər irəli sürür. İndi yeni gəlişmələr var və Ermənistan tərəfi o kəndləri öz sahibinin nəzarətinə qaytarmalı olacaq. Bu məsələ ola bilsin ki, həmin erməni qəzetinin yazdığı kimi, yol çəkilişləri ilə paralel həyata keçəcək. Məsələ mətbuata sızdırılırsa, ehtimal ki, buna zəmin hazırlanır”.
Politoloq hesab edir ki, şübhəsiz, qeyd olunan yolların çəkilişi reallaşdırılmağa başlansa belə, zaman alacaq. Ermənistan öncə 7 kəndi Azərbaycanın nəzarətinə verməlidir, bundan sonra yolların çəkilməsini reallaşdırmalıdır: “Hətta Ermənistan mətbuatının yazdığı kimi, ərazidən yollar çəkiləcəksə, o yolların çəkilməsi ilə kəndlərin heç də hamısı avtomatik olaraq Azərbaycanın nəzarətinə keçmir. Ehtimallardan biri budur ki, ermənilər bilərəkdən yol söhbətini ortaya atıb vaxt qazanmaq istəyirlər. Eyni zamanda biz düşünürük ki, sərhədlərin müəyyənləşdirilməsi fonunda Qazağın 7 kəndinin Azərbaycana qaytarılması öz həllini tapacaq”. Bağanis Ayrımla birləşdirəcək və uzunluğu da 3 km-ə yaxın olacaq”.
Yazıda qeyd edilir ki, hazırda dəqiq təsdiq olunmuş layihə və hökumət qərarı olmasa da, artıq podratçı axtarışındadırlar, yeni yolların çəkilməsinə isə 2022-ci ildən başlanılacaq. Yeni yolun çəkilməsindən sonra Qazağın 7 kəndi avtomatik olaraq Azərbaycanın nəzarətində qalacaq.
Belə olarsa həqiqətənmi Qazağın 7 kəndi Azərbaycanın nəzarətinə keçəcək? Qeyd olunan yolların çəkilməsini gözləsək o deməkdirmi ki, həmin 7 kəndin bizim nəzarətimizə keçməsi bir neçə ilə ancaq reallaşacaq?
Şərhlər