Münasibətlərin normallaşması Ermənistanın addımlarından asılı olacaq - Türkiyənin vitse-prezidenti
18.12.2021 15:57 Siyasi reaksiya 405
Münasibətlərin normallaşması prosesi Ermənistanın atacağı addımlardan asılı olaraq və Azərbaycanla yaxın təmasda olmaqla reallaşdırılacaq.
Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay parlamentdə büdcə müzakirələri zamanı deyib.
O əlavə edib ki, Türkiyə təkcə Ankara-Yerevan münasibətlərində deyil, ümumilikdə bütün regionda əlaqələrin normallaşması arzusundadır.
"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə irəli sürdüyümüz “3+3” formatında regional əməkdaşlıq platformasının birinci iclası ötən həftə baş tutub. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusundayıq və bu yanaşmamızda da tam səmimiyik”, - deyə F.Oktay bildirib.
Şərhlər