Vahid Əhmədovdan reklam bazarı ilə bağlı təklif
20.12.2021 17:25 Siyasi reaksiya 421
Deputat Vahid Əhmədov “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək, spiker Sahibə Qafarovaya, həmçinin komitə sədrləri Əli Hüseynli və Zahid Oruca geniş, məhsuldar müzakirələrə görə təşəkkür etdi.
“Mən çox istərdim ki, bu qanunun maliyyə mənbəyi layihədə öz əksini tapsın”, - deyən V.Əhmədov bildirdi ki, bu. “Bu qanundan belə çıxır ki, bizim media hamısı dövlət tərəfindən maliyyələşir”, deputat bildirdi. Bu mənada reklam bazarına diqqət yetirilməsini zəruri saydı: “Yaxşı olardı ki, reklam bazarının mediaya uyğun şəkildə formalaşdırılması məsələsi müəyyənləşdirilərdi”.
Musavat.com xəbər verir ki, V.Əhmədov digər məsələdən də bəhs etdi: “Gəlin baş redaktora və müavinə ali təhsilli olmaq tələbini qoyaq. Bu gün kifayət qədər ali təhsili olmayan jurnalist var ki, ali təhsili yoxdur, amma yüksək səviyyəli jurnalistdir”.
Şərhlər