Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib, 14 hakimin fəaliyyətində çatışmazlıqlar aşkarlanıb
22.12.2021 12:53 Siyasi reaksiya 422
Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib.
Şuradan APA-ya verilən məlumata görə, Qaydalara uyğun olaraq bu il 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.
Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.
Şərhlər