Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər etdi

23.12.2021 12:28     Siyasi reaksiya     818

Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib.

Musavat.com xəbər verir ki, Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Arayik Arutyunyan, David Babayan, həmçinin “Arsax”ın ruhani lideri ilə görüşüb. 

Qeyd edək ki, onun Ermənistana səfərinin rəsmi proqramında Qarabağa səfər nəzərdə tutulmayıb.

Fransa nəşri LeFiqaro yazır ki, Valeri Pekres Ermənistana üç günlük səfərin sonunda Arayik Arutyunyanla görüşərək "Arsax Respublikası"na dəstəyini nümayiş etdirmək istəyib.

Bu mövzuda artıq Avropa və Azərbaycan mediası yazır. Məlum olur ki, xanım namizəd Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə heç bir icazə və qanuni əsas olmadan rahat şəkildə dolaşıb, qəbristanlıqlardakı quldur məzarlarını ziyarət edib, qanunsuz rejimin üzvləri ilə bir sıra təmaslarda bulunub.

Azərbaycan XİN bu məsələyə nə deyir?

Rəsmi Bakı, kimliyindən asılı olmayaraq, bu cür qanunsuz səfərləri hər zaman qınayıb və bunu həyata keçirən hər kəsi qara siyahıya salıb. Fransa prezidentliyinə namizəd Valeri Pekreslə də bu cür rəftar olunacaqmı? Bu cür faktlar Rusiya sülhməramlılarının da etibarsızlığını bir daha ortaya qoyur.

Ümumiyyətlə, hazırda Fransada prezidentliyə namizədlərin yarışı getməkdədir. Bu yarış erməni əsilli fransız vətəndaşlarının səsləri uğrundadır. Hazırkı prezident Makron başda olmaqla, bütün namizədlər hər cür meymunluq edirlər ki, erməni seçicilərin xoşlarına gəlsinlər və onların səslərindən bir qismini ala bilsinlər.

 

 

 

Şərhlər

Çox oxunanlar