Nazir etiraf etdi: "Orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlərimiz var"
24.12.2021 13:53 Siyasi reaksiya 555
"Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlərimiz var. Fikrimcə, istənilən təhsilin keyfiyyətinin ən yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymtləndirmələr və tədqiqatlarda görünən nailiyyətləridir".
Musavat.com xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində qonaq olan Təhsil naziri Emin Əmrullayev bildirib.
"Bu məsələdə iki xəbər var, biri yaxşı, digəri isə pis xəbərdir. Yaxşı xəbər ondan ibarətdir ki, cədvəllərdə yuxarı sıralarda olmasaq da biz bütün tədqiqatlarda iştirak edirik. Azərbaycan ölkə olaraq dünyanın inkişaf etmiş ölkələrinin qoşulduğu bütün beynəlxalq qiymətləndirmələrdə iştirak edirik.
Pis xəbər isə ondan ibarətdir ki, arzu etdimiz səviyyədən nə qədər uzaqdayıq. Ən vacib sual budur ki, niyə uzaqdayıq? Çünki məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır, ibtidai təhsillə bağlı ciddi problemlərimiz var. Bizim məktəbdaxili mühitdə məzmun problemimiz var", - deyə nazir əlavə edib.
Şərhlər