Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub – Nazir
24.12.2021 14:26 Siyasi reaksiya 543
Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
"Azad edilmiş ərazilərdə infrastrukturun bərpası regionda İKT və logistikanın inkişafının əsasını təşkil edir. Azərbaycanın bütün ərazilərində olduğu kimi, Qarabağda da rəqəmsal transformasiya üçün insan kapitalının gücləndirilməsi üzrə işlər aparılır. Qarabağ ərazisinin 52 faizi mobil internetlə təmin olunub. Biz daha yaxşı nəticələrin əldə olunması üçün investisiyaları artırmağı planlaşdırırıq", - deyə o bildirib.
Nazir əlavə edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat sahəsində deyil, həm də digər sferalarda yeni imkanlar yaradacaq.
Şərhlər