Azərbaycanın XİN başçısı İranla əldə olunan razılaşmalardan danışıb

27.12.2021 13:01     Siyasi reaksiya     475

“İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

“Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib.

Şərhlər

Çox oxunanlar