Almatıda gərgin döyüşlər gedir

06.01.2022 09:13     Siyasi reaksiya     378

Almatıda gərgin döyüşlər gedir.

Musavat.com bildirir ki, yanvarın 5-dən 6-na keçən gecə şəhərdə antiterror əməliyyatının başlandığı bildirilib.

Sosial şəbəkələrdə yayılan videolarda atəş və qışqırıq səsləri eşidilir.

Həmçinin, şəhərdəki irimiqyaslı dağıntılar öz əksini tapır. (oxu.az)

 

00:24

Almatıda hava limanında keçirilən antiterror əməliyyatı qurbansız ötüşməyib.

Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata əsasən, əməliyyat zamanı Qazaxıstan Silahlı Qüvvələrinin iki hərbçisi həlak olub.

Mənbə: TASS

 

00:10

Qazaxıstanda etirazlar səngimək bilmir.

Bir müddət öncə Almatıda antiterror əməliyyatı başlayıb. Görülən təbdirlər nəticəsində şəhərin hava limanı etrazçılardan təmizlənib.

Hazırda aeroportun adi iş rejimdə fəaliyyəti üçün lazımi tədbirlər görülür.

Paralel olaraq, Qazaxıstanın Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəisi Kərim Məsimov vəzifəsindən azad edilib.

Onun yerinə Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Yermek Saqimbayev təyin olunub.

Mənbə: “RİA Novosti”

Şərhlər