“Türkiyə və Ermənistan konstruktiv dialoqa razılaşıb” - Rusiya XİN
14.01.2022 18:58 Siyasi reaksiya 408
“Türkiyə və Ermənistanın xüsusi nümayəndələri konstruktiv, qeyri-siyasi şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdirdilər”.
"Reaksiya.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıçın cümə günü Moskvada baş tutan ilk görüşü ilə bağlı yaydığı məlumatında deyilir.
“Tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə, açıqlıq ruhunda və praktiki nəticələrə diqqət yetirərək, sadədən mürəkkəbə doğru “kiçik addımlarla” keçirməyə hazır olduqlarını nümayiş etdirdilər”, - məlumatda qeyd edilir.
Bildirilir ki, tərəflər regionda sabitlik və iqtisadi tərəqqi maraqlarına uyğun olaraq iki ölkə xalqının rifahı naminə işləyəcək ümumi əsasların axtarışını davam etdirmək barədə razılığa gəliblər.
Şərhlər