Aİ Ermənistan və Türkiyənin münasibətlərinin normallaşması üzrə işləməyə hazır olmasını alqışlayır
15.01.2022 11:45 Siyasi reaksiya 406
Avropa İttifaqı (Aİ) Ermənistan və Türkiyənin münasibətlərinin normallaşması istiqamətində işləməyə hazır olmasını alqışlayır.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmisi Peter Stano yazıb.
"Aİ Ermənistan və Türkiyənin münasibətlərinin normallaşması istiqamətində işləməyə hazır olmasını alqışlayır. Xüsusi nümayəndələrin bugünkü görüşü irəliyə doğru atılmış mühüm addım idi. Biz Ankara və Yerevanı bu istiqamətdə daha çox səy göstərməyə çağırırıq".
Şərhlər