NATO Türkiyə və Ermənistana çağırış etdi
15.01.2022 14:50 Siyasi reaksiya 433
“NATO Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşünü alqışlayır”.
"Reaksiya.az" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina öz rəsmi tviter hesabında yazıb.
“NATO regionda sabitliyin yaranmasına kömək edəcək Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Biz Ankara və İrəvanı səyləri artırmağa çağırırıq”, - deyə NATO rəsmisi qeyd edib.
Xatırladaq ki, yanvarın 14-ü Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında ilk görüş keçirilib. Görüş tanışlıq xarakteri daşıyıb.
Şərhlər