Ceyhun Bayramov Avstriyaya yola düşüb
18.01.2022 12:11 Siyasi reaksiya 417
18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərlə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Şərhlər