Çavuşoğlu Azərbaycana səfər edəcək

10.02.2022 11:58     Siyasi reaksiya     372

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

O, bu barədə TRT telekanalına müsahibəsində məlumat verib.

Nazir bildirib ki, səfər azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti əsasında baş tutacaq: “Ən qısa zamanda Bakıya gedəcəyəm. Həmkarım, Ceyhun qardaşım dəvət edib. Onsuz da xüsusi nümayəndələr görüşür, amma biz də fikir mübadiləsi aparacağıq”.

Reaksiya.az

Şərhlər